Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda əsas kapitala yönəldilən investisiyalar 19,4 % artıb - BBN

Azərbaycanda əsas kapitala yönəldilən investisiyalar 19,4 % artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əsas kapitala 2 milyard 436,4 milyon manat investisiya yönəldilib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 19,4 % çoxdur.

Məlumata görə, son bir ildə neft-qaz sektoruna investisiyalar 51,4 %, qeyri neft-qaz sektoruna investisiyalar isə 5,1 % artıb.

Hesabat dövründə istifadə olunmuş investisiyanın 1 milyard 434 milyon manatı (58,9 %) məhsul istehsalı sahələrinə, 794,7 milyon manatı (32,6 %) xidmət sahələrinə, 207,7 milyon manatı (8,5 %) isə yaşayış evlərinin tikintisinə yönəldilib.

Əsas kapitala yatırılan investisiyaların 1 milyard 781,6 milyon manatı (73,1 %) daxili investisiyaların payına düşüb. Bununla yanaşı, 1 milyard 298,4 milyon manat (53,3 %) vəsait bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Related posts

Dövlət müəssisələrinin rəqəmsal monitorinqi üzrə hesabatlılıq genişlənir

Azərbaycanda orta aylıq nominal əməkhaqqı 7,3% artıb

Azərbaycanda ÜDM 0,8% artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı