Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda 2 ayda 85 mindən çox “ASAN İmza” sertifikatı verilib - BBN

Azərbaycanda 2 ayda 85 mindən çox “ASAN İmza” sertifikatı verilib

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 85 614 ədəd “ASAN İmza” elektron imza sertifikatı verilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 % azdır.

Hesabat dövründə “ASAN İmza” sertifikatları 54 844 müraciət əsasında təqdim olunub ki, bu da bir il əvvələ nisbətən 5,8 % azdır.

Qeyd olunub ki, “ASAN İmza” elektron imza sertifikatlarının üç növü mövcuddur: fiziki şəxslər (vətəndaşlar), hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulan sertifikatlar.

Fiziki şəxslər üçün elektron imza sertifikatları şəxsi istifadə məqsədi daşıyır. Hüquqi şəxslər və sahibkarlar, eləcə də dövlət qulluqçuları üçün nəzərdə tutulan sertifikatlar isə kommersiya və ya dövlət təşkilatını təmsil etmək və onun adından çıxış etmək səlahiyyəti verir.

Bildirilib ki, “ASAN İmza” elektron imza sertifikatlarının etibarlılıq müddəti 3 ildir.

Related posts

Dövlət satınalmalarının auditində avtomatlaşdırılmış qiymətləndirmə tətbiq olunacaq

Vergi xidmət mərkəzlərində 2 ayda 107 mindən çox şəxs qəbul edilib

“Aznet Technologies” nizamnamə kapitalını 6 milyon manat azaldıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı