Azərbaycanda 2026-cı ildə iqtisadi artım 3% civarında olacaq

Haarlem, the Netherlands - July 3, 2011: Plenty of The Economist magazines put on top of each other. The Economist is a weekly magazine specialized in international politics and economy. It's based in England and it's one of the most respected magazines in the world.

“The Economist Group”-un araşdırma və təhlil bölməsi olan “Economist Intelligence Unit” (EIU) Azərbaycanda iqtisadi artımla bağlı yeni proqnoz açıqlayıb.

EIU-nun qiymətləndirməsinə əsasən, 2026-cı ildə Azərbaycan iqtisadiyyatı 3% civarında artacaq. Təşkilat ölkəni sabit, lakin artım potensialı olan iqtisadiyyatlar qrupuna daxil edib.

EIU hesab edir ki, gələn il qlobal iqtisadi artım 2,4 % səviyyəsində olacaq. Asiya regionu ən yüksək templə inkişaf edən bölgə olaraq qalır:

  • Hindistan və Vyetnamda artım – 5–7 %,

  • Çin və İndoneziyada4–5 %,

  • Afrika və Yaxın Şərqdə3–4 %,

  • Avropa İttifaqı və Böyük Britaniyada1–2 %,

  • ABŞ-da isə təqribən 2 % səviyyəsində gözlənilir.

Təhlilə görə, Rusiya və bir sıra Şərqi Avropa ölkələrində artım 2%-dən aşağı qalacaq. Region ölkələrindən:

  • Qazaxıstanda3,5–4 %,

  • Gürcüstanda4–4,5 %,

  • Türkiyədə isə 3 % iqtisadi artım proqnozlaşdırılır.

🔹 Azərbaycanın büdcə proqnozları:
2026-cı ilin büdcə layihəsinə əsasən, ölkədə ortamüddətli iqtisadi artım 3,5 % səviyyəsində nəzərdə tutulur.

  • 2025 – 3 %,

  • 2026 – 2,9 %,

  • 2027 – 3,3 %,

  • 2028 – 3,1 %,

  • 2029 – 4,8 %.

Beynəlxalq maliyyə qurumlarının isə növbəti ilə dair proqnozları 2,4–3,1 % aralığındadır.

Related posts

Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı

Azərbaycanda əkin sahələri üzrə aqrar sığorta ödənişləri 70% artıb!

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında dəyişiklik edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı