Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda 35 sahibkarın vaxtı ötmüş kredit borcunu dövlət bağlayıb - BBN

Azərbaycanda 35 sahibkarın vaxtı ötmüş kredit borcunu dövlət bağlayıb

Maliyyə Nazirliyi 35 sahibkarın vaxtı ötmüş kredit borcunu banklara ödəyib.

BBN.az bu barədə nazirliyə istinadən xəbər verir.

Nazirlər Kabinetinin 9 iyul 2020-ci il tarixli qərarına əsasən, koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsi tədbirləri çərçivəsində 2020-2021-ci illərdə kommersiya banklarının sahibkarlara ayırdığı kreditin 60%-ə qədərinin qaytarılmasına dövlət zəmanətinin verilməsi nəzərdə tutulub.

Dövlət dəstəyi sayəsində 2.628 sahibkara ümumilikdə 499,5 milyon manat kredit ayrılıb ki, onun da 291,6 milyon manatı dövlət zəmanəti ilə təmin olunub. Maliyyə Nazirliyi ilə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu, bu Fondun isə banklarla və sahibkarlarla bağladığı sazişlərə uyğun olaraq Nazirlik həmin kreditlər üzrə dövlət zəmanətinin verilməsində zamin tərəf müəyyən olunub.

Dövlət zəmanətli kreditlərin ayrıldığı müddətdən etibarən, əsas borc öhdəliyi vaxtında yerinə yetirilmədiyindən Maliyyə Nazirliyi ümumilikdə 7 bank qarşısında zamin tərəf olaraq “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun vəsaiti hesabına 2022-ci ildə 14 sahibkarın əvəzinə 658,2 min manat, 2023-cü ilin 8 ayı ərzində isə 21 sahibkarın əvəzinə 1 339,6 min manat vəsait ödəyib.

Dövlət zəmanətlərinin verilməsi şərtlərinə uyğun olaraq, Sahibkarlığın İnkişafı Fondu dövlət zəmanəti əsasında sahibkarlıq subyektlərinin əvəzinə banklara ödənilmiş kredit borcunu həmin sahibkarlıq subyektlərindən tələb etmək hüququna malikdir.

Related posts

Mərkəzi Bankın sədri Taleh Kazımov ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşüb

Birbank-ın “Böl-ödə” krediti ilə alış-veriş imkanlarınızı genişləndirin

Azərbaycanda orta aylıq əməkhaqqı 1100 manatı ötüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı