Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Rəqəmsal ödənişlər sahəsində 2023-cü il üzrə maliyyə savadlılığına dair Fəaliyyət Planı”nın icrası məsələləri müzakirə olunub - BBN

“Rəqəmsal ödənişlər sahəsində 2023-cü il üzrə maliyyə savadlılığına dair Fəaliyyət Planı”nın icrası məsələləri müzakirə olunub

Əhalinin maliyyə savadlılığının artırılması istiqamətində görülən işlər çərçivəsində Azərbaycan Banklar Assosiasiyası tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının dəstəyi ilə “Rəqəmsal ödənişlər sahəsində 2023-cü il üzrə maliyyə savadlılığına dair Fəaliyyət Planı” hazırlanmışdır.

15 sentyabr 2023-cü il tarixində Fəaliyyət Planından irəli gələn əlaqədar məsələlərin müzakirəsi məqsədilə bankların nümayəndələri və İctimai TV-nin nümayəndəsi arasında görüş keçirilmişdir.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 24 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

Related posts

Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib

Bank və ticarət sektorları nağdsız ödənişlərin inkişafı üzrə əməkdaşlığı genişləndirir

Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026 (IFBS 2026) uğurla başa çatdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı