Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda 5 BOKT-un balans kapitalı 25 milyon manatdan çoxdur - BBN

Azərbaycanda 5 BOKT-un balans kapitalı 25 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 54 bank olmayan kredit təşkilatından (BOKT) 5-nin bu il yanvarın 1-nə balans kapitalı 25 milyon manatdan çox olub.

Aparılan araşdırmaya görə, bunlar, “Birkredit” (87,2 milyon manat), “Azpul” (65,8 milyon manat), “SF Azerbaijan” (35,6 milyon manat), “M Bulak” (29,1 milyon manat) və “Embafinans”dır (25,8 milyon manat).

4 BOKT-un balans kapitalı 10-25 milyon manat arasında, 32 BOKT-un balans kapitalı 1-10 milyon manat arasında, 9 BOKT-un balans kapitalı isə 0-1 milyon manat arasında olub, 1 BOKT – “Para”nın balans kapitalında 19,1 milyon manat çatışmazlıq yaranıb.

2 BOKT – “E-Kredit” və “Forfinance” ötən il fəaliyyətsiz olub (maliyyə göstəriciləri formalaşmayıb), 1 BOKT – dövlətə məxsus “Aqrarkredit” isə ötən ilin maliyyə hesabatını açıqlamayıb.

Hesabat vermiş 51 BOKT-dan 42-nin son 1 ildə balans kapitalı artıb. Ən yüksək dinamika “Caspian İnvest”də (40,1 dəfə), ən aşağı dinamika isə “Finca Azerbaijan”da (1,3%) qeydə alınıb.

7 BOKT-un isə son 1 ildə balans kapitalı azalıb. Ən çox azalma İDK-da (36,4%), ən az azalma isə “Kredit Servis”də (0,5%) qeydə alınıb.

İl ərzində “Para”nın balans kapitalındakı çatışmazlıq 6,7% artıb, “SF Azerbaijan”ın isə balans kapitalı mənfidən müsbətə keçdiyi üçün onun kapitalının dinamikasını hesablamaq mümkün olmayıb.

Related posts

ADB Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu yüksəldib

ADB Azərbaycanın tədiyyə balansı üzrə 2026–2027-ci illər üçün proqnozlarını açıqlayıb

ABA və Mərkəzi Bank nümayəndələri Yaponiyanın Mərkəzi Bankı (BOJ) ilə rəqəmsal maliyyə texnologiyaları üzrə görüşlər keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı