Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda 500 kV-luq yeni elektrik xəttinin tikintisi planlaşdırılır - BBN

Azərbaycanda 500 kV-luq yeni elektrik xəttinin tikintisi planlaşdırılır

Solar panels with electricity pylon and sunset. Clean power energy concept

Azərbaycanda “Azərbaycan İES” və “Nəvahi” yarımstansiyalarını birləşdirəcək 500 kV-luq təkdövrəli hava elektrik verilişi xəttinin tikintisinin 2028-ci ilə qədər başa çatdırılması planlaşdırılır.

Məlumata görə, uzunluğu 235 km olan xətt üzrə tikinti işlərinə 2026-cı ilin ikinci rübündə başlanılması, 2027-ci ilin dördüncü rübündə isə tamamlanması nəzərdə tutulur.

Layihə Azərbaycanın enerji təhlükəsizliyinin gücləndirilməsi və enerjinin dayanıqlı idarə olunması məqsədlərinə xidmət edən AZURE proqramı çərçivəsində həyata keçiriləcək. Bu çərçivədə bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası, günəş və külək elektrik stansiyalarının effektiv qoşulması, həmçinin enerji itkilərinin azaldılması və ötürmə qabiliyyətinin artırılması hədəflənir.

Layihənin əsas komponentlərinə “Nəvahi” yarımstansiyasının (500/330/10 kV, gücü 2×500 MVA) tikintisi, eləcə də ümumi uzunluğu 106 km olan üç yeni elektrik verilişi xəttinin çəkilməsi daxildir. Bunlara 330 kV-luq “Ələt AİZ – Nəvahi” (22 km), “Abşeron KES – Nəvahi” (65 km) və “Abşeron KES – Qobu” (19 km) xətləri aiddir.

Maliyyələşdirmə Dünya Bankı tərəfindən Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) vasitəsilə həyata keçiriləcək. Ümumilikdə 168,4 milyon ABŞ dolları məbləğində vəsait ayrılması nəzərdə tutulur ki, bunun da 18,6 milyon ABŞ dolları gözlənilməz xərclər üçün ayrılıb.

Proqram iki əsas alt komponentdən ibarətdir. Birinci komponent 330 kV-luq şəbəkənin genişləndirilməsini (33,8 milyon ABŞ dolları), ikinci komponent isə 500 kV-luq şəbəkənin inkişafını (134,6 milyon ABŞ dolları) əhatə edir.

Qeyd edək ki, Dünya Bankı AZURE layihəsini 2025-ci il martın 28-də təsdiqləyib və layihə çərçivəsində Azərbaycana enerji infrastrukturunun modernləşdirilməsi və genişləndirilməsi məqsədilə ümumilikdə 173,5 milyon ABŞ dolları kredit ayrılıb.

Related posts

Azərbaycan-BƏƏ enerji tərəfdaşlığının inkişafı müzakirə edilib

Şule Kılıç: “EBRD Azərbaycanda “yaşıl layihə”ləri maliyyələşdirməyə hazırdır” – MÜSAHİBƏ

Fitch: Neft-qaz qiymətlərinin artımı Azərbaycanın dövlət büdcəsinə müsbət təsir göstərəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı