Azərbaycanda 7 ayda illik inflyasiya 1% olub

Bu ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 101%, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,7%, qeyri-qida məhsulları üzrə 101,3%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,7% təşkil edib.

BBN.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin iyul ayında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni ayına nisbətən 102,7%, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 102%, qeyri-qida məhsulları üzrə 101,7%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 104,3% olub.

Ötən ay istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9% təşkil edib. Qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2% təşkil edib.

İyulda ayrı-ayrı qida məhsullarından iyuna nisbətən daha çox artım qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, yumurtanın, kərə və zeytun yağlarının, limonun, albalının, gilasın, göyərtinin, pomidorun, xiyarın, göy lobyanın, azalma isə günəbaxan və qarğıdalı yağlarının, armudun, alçanın, gavalının, əriyin, şaftalının, qarpızın, yemişin, çiyələyin, şirin bibərin, badımcanın, süfrə çuğundurunun, kartofun, soğanın qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8% olub. Qeyri-qida mallarından daha çox artım “Aİ92” markalı avtomobil benzininin, dizel yanacağının, zərgərlik məmulatlarının, azalma isə “Aİ-95” markalı avtomobil benzininin qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi isə əvvəlki aya nisbətən 102% təşkil edib. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım əsasən bərk məişət tullantılarının daşınması, metro, avtobus və taksi nəqliyyatı ilə sərnişindaşıma, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Related posts

Dövlət Xidməti internet tariflərinin artımı ilə əlaqədar araşdırmalara başlayıb

Azərbaycanda banklardakı əmanətlərin 66 faizi manatladır

Əmək müqavilələrinin sayı artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı