Fevralın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı artıb.
BBN.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, 1 fevral tarixinə ölkədə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 0,2 % artaraq 861 488-ə çatıb.
Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı da artım göstərib. Belə ki, bu göstərici 1 % yüksələrək 58 985 təşkil edib.
Bundan başqa, həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 0,6 % artaraq 234 098 olub.