Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda akvakultura təsərrüfatlarının qeydiyyatı üçün 70 manat rüsum müəyyən edildi - BBN

Azərbaycanda akvakultura təsərrüfatlarının qeydiyyatı üçün 70 manat rüsum müəyyən edildi

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi “Dövlət rüsumu haqqında”“Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

BBN.az xəbər verir ki, yeni qanuna əsasən, Azərbaycanda akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsinin verilməsinə görə 70 manat dövlət rüsumu alınacaq.

Dəyişiklik “Balıqçılıq haqqında” qanundan irəli gəlir. Həmin qanuna əsasən, balıqçılıq su obyektlərində akvakultura fəaliyyəti akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi əsasında həyata keçiriləcək.

Qeydiyyat şəhadətnaməsi verilərkən yaradılan təsərrüfatın müəyyən olunmuş tələblərə uyğunluğu qiymətləndiriləcək, ekspertiza və inzibati icraat tədbirləri həyata keçiriləcək. Dövlət rüsumunun tətbiqi bu proseslə bağlı inzibati xərclərin qismən kompensasiyasına, hüquqi sistemdə vahid yanaşmanın təmin edilməsinə və fəaliyyətin leqallaşdırılmasının stimullaşdırılmasına xidmət edəcək.

Bununla yanaşı, “Lisenziyalar və icazələr haqqında” qanuna da dəyişiklik edilib. Müvafiq olaraq, sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısına akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi əlavə olunub.

Yeni yanaşmanın su bioresurslarının idarə olunması sahəsində dövlət nəzarətinin sistemli şəkildə gücləndirilməsinə xidmət edəcəyi bildirilir. Beləliklə, təbii resursların istismarı və süni yetişdirilməsi ilə bağlı fəaliyyətlər üzrə daha vahid və ardıcıl tənzimləmə modeli formalaşdırılacaq.

Mövcud vəziyyətdə balıqçılıq sahəsində təbii bioresurslardan istifadə icazə mexanizmi ilə tənzimlənsə də, akvakultura fəaliyyəti əsasən qeydiyyat proseduru ilə məhdudlaşırdı. Yeni dəyişiklik dövlət nəzarətinin preventiv mərhələdə həyata keçirilməsinə və potensial risklərin əvvəlcədən müəyyən edilməsinə imkan yaradacaq.

Bu yanaşmanın beynəlxalq təcrübəyə, o cümlədən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) müəyyən etdiyi prinsiplərə uyğun olduğu qeyd edilir.

Related posts

“Azeri Light” nefti 2%-dən çox ucuzlaşıb

ABŞ İrana qarşı “iqtisadi D-Day” elan edir – Tehran neft ixracını tam dayandırmaqla hədələdi

Azərbaycan İsveçrəyə neft ixracını 3 dəfə artırıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı