Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda alternativ maliyyələşmə ilə bağlı konfrans keçirilib - BBN

Azərbaycanda alternativ maliyyələşmə ilə bağlı konfrans keçirilib


Oktyabrın 26-da İslam İnkişaf Bankının Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), İslam İnkişaf Bankının Qrup Biznes Forumu və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı çərçivəsində konfrans keçirilib. Onlayn formatda təşkil olunmuş tədbir “Sukukun Azərbaycanda infrastruktur və dövlət-özəl tərəfdaşlığı layihələrinin maliyyələşməsində potensial rolu” mövzusuna həsr olunub. 

Tədbirdə islam maliyyə sisteminin qlobal miqyasda inkişafı, bu alternativ maliyyə mexanizminin infrastruktur layihələrində və dövlət-özəl tərəfdaşlığında rolu müzakirə edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

Vebinarda ICD-nin Baş icraçı direktoru Ayman Amin Sejini, İİTKM-in icraçı direktoru Vüsal Qasımlı və KOBİA-nın İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Related posts

Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək

“ASAN xidmət” təcrübəsinin Tacikistanla paylaşılmasına dair müzakirələr aparılıb

WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı