Bu ilin iyul ayı ərzində Azərbaycanda Real Vaxt Rejimində Hesablaşmalar Sistemində (AZIPS) aparılan tranzaksiyaların həcmi 76,4 milyard manatı, sayı isə 218,5 min ədədi ötüb.
BBN.az xəbər verir ki,bu barədə Mərkəzi Bank məlumat verir.
Məlumata əsasən, 2024-cü ilin eyni ayının göstəricilərinə nisbətdə aparılan əməliyyatların həcmində 22,3 milyard manat və ya 41,2%, sayında isə 4,4 min vahid və ya 2% artım qeydə alınıb.
2024-cü ilin iyul ayında ölkədə AZIPS vasitəsilə aparılan əməliyyatların həcmi 54,1 milyard manatı, sayı isə 214,1 min ədədi ötmüşdü.