Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda bank sektoru 11 ayda 1 milyard 58,9 milyon manat xalis mənfəət əldə edib - BBN

Azərbaycanda bank sektoru 11 ayda 1 milyard 58,9 milyon manat xalis mənfəət əldə edib

Azərbaycanın bank sektoru 2025-ci ilin yanvar-noyabr aylarında 1 milyard 58,9 milyon manat xalis mənfəət göstərib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,6% çoxdur.

11 ay ərzində bankların əməliyyat gəlirləri 6 milyard 223,5 milyon manat olub ki, bu da bir il əvvələ nisbətən 22% artım deməkdir. Əməliyyat xərcləri 4 milyard 521,7 milyon manat təşkil edib və 27,8% yüksəlib. Xüsusi ehtiyatlara ayrılan məbləğ 377,1 milyon manatdır, bu da 2% artımı göstərir. Gözlənilməz xərclər 0,3 milyon manat olub — bir il əvvəl isə gəlir qeyd olunub. Mənfəət vergisi ödəmələri isə 265,5 milyon manat təşkil edib ki, bu da 14,3% çoxdur.

Related posts

Azərbaycanda debitor borcların məbləği açıqlanıb

Azərbaycan və ABŞ maliyyə sabitliyinin təmin olunmasını müzakirə edib

ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı