Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda banklar yaşıl layihələrə 2 milyard manat kredit yönəldəcək - BBN

Azərbaycanda banklar yaşıl layihələrə 2 milyard manat kredit yönəldəcək

Azərbaycan bank sektoru yaxın illərdə yaşıl maliyyələşmənin genişləndirilməsinə xüsusi diqqət yetirəcək.

BBN.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib.

Onun sözlərinə görə, COP29 çərçivəsində bank sektoru qarşıdakı 5 il üçün 2 milyard manat həcmində yaşıl kredit öhdəliyi götürüb.

“Bu vəsait əsasən bərpa olunan enerji layihələrinə, xüsusilə günəş və külək enerjisinə, həmçinin sənaye və kommersiya sektorunda enerji səmərəliliyinin artırılmasına yönəldiləcək”, – deyə o qeyd edib.

ABA prezidentinin sözlərinə görə, yaşıl maliyyələşmə çərçivəsində enerji effektiv yaşayış və tikinti layihələri, aqrar sektorda iqlimə davamlı texnologiyalar və elektrik nəqliyyatının inkişafı da dəstəklənəcək.

Z.Nuriyev əlavə edib ki, banklar həm iri şirkətlərin, həm də kiçik və orta sahibkarlıq subyektlərinin ekoloji təmiz texnologiyalara keçidini fəal şəkildə maliyyələşdirəcək.

Onun sözlərinə görə, eyni zamanda fərdi müştərilər üçün də yaşıl maliyyə məhsulları genişləndirilir.

“Xüsusilə elektromobillərin alınması və yaşayış binalarının enerji effektivliyinin artırılması üçün güzəştli kreditlər təqdim edilir”, – deyə o bildirib.

Related posts

Bakı Fond Birjası statistik məlumatları yeni interaktiv paneldə tədqim edir

Azərbaycanda mənzillərə görə verilən “keşbek”in həcmi 8.5% artıb

“Fitch Ratings” Azərbaycanın çevik valyuta məzənnəsinə keçəcəyini gözləmir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı