Azərbaycanın biznes mühiti tədricən yaxşılaşır.
BBN.az xəbər verir ki, bu barədə beynəlxalq sığortaçı və aktiv idarəetmə qrupu “Allianz Group”un məlumatında qeyd edilib.
Bildirilib ki, bu, dövlət müəssisələrinin idarəçiliyində islahatlar, faydalı sahibkarlıq şəffaflığı və rəqəmsallaşma hesabına baş verir.
Lakin tənzimləyici keyfiyyət, hüquq və korrupsiyaya qarşı mübarizə hələ də regiondakı ölkələrdən geri qalır və bu da xarici investisiyaların və özəl sektorun artımının qarşısını alan səbəblərdəndir.
Həmçinin, vurğulanıb ki, dövlətin iqtisadiyyatda böyük paya malik olması və maliyyə bazarlarının dərinliyinin aşağı səviyyədə qalması rəqabəti və innovasiyaları məhdudlaşdırır.