Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda bloklanan zərərli keçidlərin sayı 70 % azalıb - BBN

Azərbaycanda bloklanan zərərli keçidlərin sayı 70 % azalıb

Bu ilin yanvar-mart aylarında “AzStateNet” şəbəkəsi üzrə 41 milyon 285 min zərərli keçid bloklanıb.

BBN.az Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatlarına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 70 % azdır.

3 ay ərzində son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 1 milyon 49 min, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 31 min 962 zərərverici tərkibli elektron sənəd blok edilib. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 50 % və 20 % azdır.

Hesabat dövründə DDoS hücumlarına qarşı mühafizə çərçivəsində isə 7 013 863 hücum qeydə alınıb. Nəticədə 12 523 934 684 zərərli paket bloklanıb və ümumilikdə 10 226 233 Mbit həcmində zərərli trafikin qarşısı alınıb.

2025-ci ildə “AzStateNet” şəbəkəsi üzrə 449 milyon 385 min zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 6 milyon 205 min 200, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 96 min 794 zərərverici tərkibli elektron sənəd bloklanıb.

Related posts

Kapital Bank-ın İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 9%-dək artıb

Azərbaycanda girov aktivlərinin növləri dəqiqləşdiriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı