Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda BOKT-lar yarımildə 121,2 milyon manat xalis mənfəət əldə edib - BBN

Azərbaycanda BOKT-lar yarımildə 121,2 milyon manat xalis mənfəət əldə edib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatları (BOKT) 2026-cı ilin ilk altı ayını 121,2 milyon manat xalis mənfəətlə başa vurub.

BBN.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, sektor ötən ilin eyni dövründə 13,2 milyon manat xalis zərərlə fəaliyyət göstərdiyi halda, bu il mənfəətə keçib.

Hesabat dövründə BOKT-ların ümumi gəlirləri 351,2 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 61 faiz çoxdur. Xərclər isə 5,4 faiz azalaraq 141,5 milyon manata enib.

Eyni zamanda, xüsusi ehtiyatlara ayrılan vəsait 78,1 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz artım deməkdir. Gözlənilməz xərclər 0,1 milyon manat təşkil edib. Mənfəət vergisi üzrə ödənişlər isə 94,3 faiz artaraq 10,3 milyon manata yüksəlib.

2026-cı il iyulun 1-nə BOKT sektorunun aktivləri 1 milyard 528,3 milyon manata çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 58,6 faiz artım deməkdir. Aktivlərin 1 milyard 136,6 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son bir ildə sektorun kredit portfeli 69,2 faiz genişlənib.

Mərkəzi Bankın məlumatına görə, hesabat dövründə BOKT-ların öhdəlikləri 63,6 faiz artaraq 838,7 milyon manata, balans kapitalı isə 53 faiz yüksələrək 689,6 milyon manata çatıb.

Related posts

Azərbaycanda problemli kreditlərin həcmi 719 milyon manatı keçib

Azərbaycan bank sektorunun aktivləri 61 milyard manata yaxınlaşıb

İKZF xətti ilə verilən ipoteka kreditlərinin həcmi 226 milyon manatı ötüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı