Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda cərimələrdən büdcə daxilolmaları azalacaq, lakin yeni cərimələr sərtləşdirilir - BBN

Azərbaycanda cərimələrdən büdcə daxilolmaları azalacaq, lakin yeni cərimələr sərtləşdirilir

Bu il Azərbaycanda yığımlar və inzibati xətalara görə tətbiq edilən cərimələrdən dövlət büdcəsinə 149,1 milyon manat vəsaitin daxil olması proqnozlaşdırılır.

Maliyyə Nazirliyinin məlumatına görə, bu göstərici ötən illə müqayisədə 12 % azdır.

Bununla belə, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən 2026-cı ildən etibarən bir sıra cərimələr artırılıb və yeni cərimələr müəyyənləşdirilib.

Belə ki, vergi hesabatlarının və dövlət rüsumunun tutulması barədə hesabatların təqdim edilməsi qaydalarının pozulmasına görə:

  • fiziki şəxslər 300 manat (əvvəl 50 manat),

  • hüquqi şəxslər isə 1 000 manat (əvvəl 100 manat) məbləğində cərimə ediləcək.

Həmçinin, Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələr çərçivəsində maliyyə məlumatlarının mübadiləsi zamanı şəxsin rezidentliyinin müəyyən edilməsi üçün yanlış və ya təhrif olunmuş məlumatların təqdim edilməsinə görə yeni cərimələr tətbiq olunacaq:

  • fiziki şəxslər üçün 300 manat,

  • hüquqi şəxslər üçün 1 000 manat.

Motodəbilqə taxmadan və ya onu düymələmədən mopedi idarə edən şəxslər isə 40 manat cərimə ediləcək.

Bundan başqa, binaların enerji effektivliyi üzrə pasportlaşdırma öhdəliklərinin yerinə yetirilməməsinə görə:

  • fiziki şəxslər 200–400 manat,

  • vəzifəli şəxslər 1 000–1 500 manat,

  • hüquqi şəxslər isə 2 500–3 000 manat məbləğində cərimə olunacaq. Qeyd olunur ki, bu tələblər yalnız yeni tikilən, yenidən qurulan və əsaslı təmir olunan binalara şamil edilir.

Eyni zamanda, əkin sahələrinin yandırılmasının təkrar törədilməsi hallarında yeni cərimələr və inzibati həbs tədbirləri nəzərdə tutulur, mədəni sərvətlərin qorunması ilə bağlı tələblərin pozulmasına görə isə cərimələr sərtləşdirilib.

Beləliklə, 2026-cı ildən etibarən inzibati məsuliyyət tədbirlərinin daha da gücləndirilməsi nəzərdə tutulur.

Related posts

Azərbaycanda “e-KYC” platformasının tətbiqinə başlanılıb

Azərbaycanda “Apple Pay” və “Google Pay” ödənişləri 2025-ci ildə kəskin artıb

Azərbaycanda 2025-ci ildə bank köçürmələrinin əksəriyyəti rəqəmsal kanallarla həyata keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı