Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda "Chrome" brauzerinin bazar payı artıb - BBN

Azərbaycanda “Chrome” brauzerinin bazar payı artıb

2025-ci ilin dekabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihaz və planşet) “Chrome” brauzerinin bazar payı 84,79 % təşkil edib.

“Statcounter” agentliyinin son hesabatının  məlumatına görə, bu göstərici noyabr ayına nisbətən 2,04 faiz bəndi, 2024-cü ilin dekabrı ilə müqayisədə isə 6,72 faiz bəndi artıb.

İkinci yerdə qərarlaşan Safari-nin bazar payı aylıq 0,35 faiz bəndi, illik isə 3,54 faiz bəndi azalaraq 6,94 %-ə düşüb.

“Samsung Internet” brauzerinin bazar payı aylıq 0,21 faiz bəndi, illik isə 1,56 faiz bəndi azalaraq 2,14 % təşkil edib. Beləliklə, onun illik bazar payı 40 % azalıb.

Dördüncü yerdə olan “Opera” brauzeri ay ərzində 0,49 faiz bəndi, illik müqayisədə isə 0,99 faiz bəndi azalaraq 1,88 % bazar payına sahib olub.

“Edge” isə aylıq 0,33 faiz bəndi, illik isə 0,1 faiz bəndi azalaraq 1,77 % payla ilk beşliyi tamamlayır.

Platformalar üzrə brauzerlərin bazar payı

Kompüterlərdə:

  • “Chrome” – 91,34 % (aylıq +2,56 faiz bəndi, illik +11,63 faiz bəndi);

  • “Edge” – 2,81 % (aylıq -0,8 faiz bəndi, illik -4,36 faiz bəndi);

  • “Safari” – 1,7 % (aylıq -0,18 faiz bəndi, illik -1,2 faiz bəndi);

  • “Opera” – 1,67 % (aylıq -0,71 faiz bəndi, illik -3,71 faiz bəndi);

  • “Firefox” – 1,15 % (aylıq -0,67 faiz bəndi, illik -0,92 faiz bəndi).

Mobil cihazlarda:

  • “Chrome” – 74,08 % (aylıq -0,44 faiz bəndi, illik -2,76 faiz bəndi);

  • “Safari” – 15,53 % (aylıq +0,86 faiz bəndi, illik +2,06 faiz bəndi);

  • “Samsung Internet” – 5,68 % (aylıq +0,07 faiz bəndi, illik +0,48 faiz bəndi);

  • “Opera” – 2,23 % (aylıq -0,15 faiz bəndi, illik +0,14 faiz bəndi);

  • “Yandex Browser” – 1,42 % (aylıq +0,28 faiz bəndi, illik -0,36 faiz bəndi).

Planşetlərdə:

  • “Chrome” – 75,97 % (aylıq +2,73 faiz bəndi, illik -17,06 faiz bəndi), illik azalma 18 % təşkil edir;

  • “Safari” – 12,11 % (aylıq -1,18 faiz bəndi, illik +7,98 faiz bəndi);

  • “Android” – 8,48 % (aylıq +0,26 faiz bəndi, illik +6,11 faiz bəndi);

  • “Opera” – 2,31 % (aylıq +1,54 faiz bəndi, illik +2,05 faiz bəndi);

  • “Yandex Browser” – 0,89 % (aylıq -0,34 faiz bəndi, illik +0,72 faiz bəndi).

Related posts

Elektron Təhlükəsizlik Xidməti: Azərbaycanda genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Xsolla inkubasiya proqramına qeydiyyat açdı

TDT ölkələri birgə peyk formatı olan “CubeSat”ın orbitə buraxılışına hazırlıq görür

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı