
2025-ci ilin dekabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihaz və planşet) “Chrome” brauzerinin bazar payı 84,79 % təşkil edib.
“Statcounter” agentliyinin son hesabatının məlumatına görə, bu göstərici noyabr ayına nisbətən 2,04 faiz bəndi, 2024-cü ilin dekabrı ilə müqayisədə isə 6,72 faiz bəndi artıb.
İkinci yerdə qərarlaşan Safari-nin bazar payı aylıq 0,35 faiz bəndi, illik isə 3,54 faiz bəndi azalaraq 6,94 %-ə düşüb.
“Samsung Internet” brauzerinin bazar payı aylıq 0,21 faiz bəndi, illik isə 1,56 faiz bəndi azalaraq 2,14 % təşkil edib. Beləliklə, onun illik bazar payı 40 % azalıb.
Dördüncü yerdə olan “Opera” brauzeri ay ərzində 0,49 faiz bəndi, illik müqayisədə isə 0,99 faiz bəndi azalaraq 1,88 % bazar payına sahib olub.
“Edge” isə aylıq 0,33 faiz bəndi, illik isə 0,1 faiz bəndi azalaraq 1,77 % payla ilk beşliyi tamamlayır.
Platformalar üzrə brauzerlərin bazar payı
Kompüterlərdə:
-
“Chrome” – 91,34 % (aylıq +2,56 faiz bəndi, illik +11,63 faiz bəndi);
-
“Edge” – 2,81 % (aylıq -0,8 faiz bəndi, illik -4,36 faiz bəndi);
-
“Safari” – 1,7 % (aylıq -0,18 faiz bəndi, illik -1,2 faiz bəndi);
-
“Opera” – 1,67 % (aylıq -0,71 faiz bəndi, illik -3,71 faiz bəndi);
-
“Firefox” – 1,15 % (aylıq -0,67 faiz bəndi, illik -0,92 faiz bəndi).
Mobil cihazlarda:
-
“Chrome” – 74,08 % (aylıq -0,44 faiz bəndi, illik -2,76 faiz bəndi);
-
“Safari” – 15,53 % (aylıq +0,86 faiz bəndi, illik +2,06 faiz bəndi);
-
“Samsung Internet” – 5,68 % (aylıq +0,07 faiz bəndi, illik +0,48 faiz bəndi);
-
“Opera” – 2,23 % (aylıq -0,15 faiz bəndi, illik +0,14 faiz bəndi);
-
“Yandex Browser” – 1,42 % (aylıq +0,28 faiz bəndi, illik -0,36 faiz bəndi).
Planşetlərdə:
-
“Chrome” – 75,97 % (aylıq +2,73 faiz bəndi, illik -17,06 faiz bəndi), illik azalma 18 % təşkil edir;
-
“Safari” – 12,11 % (aylıq -1,18 faiz bəndi, illik +7,98 faiz bəndi);
-
“Android” – 8,48 % (aylıq +0,26 faiz bəndi, illik +6,11 faiz bəndi);
-
“Opera” – 2,31 % (aylıq +1,54 faiz bəndi, illik +2,05 faiz bəndi);
-
“Yandex Browser” – 0,89 % (aylıq -0,34 faiz bəndi, illik +0,72 faiz bəndi).







