Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda data xidmətlərindən əldə olunan gəlir 20,8 % artıb - BBN

Azərbaycanda data xidmətlərindən əldə olunan gəlir 20,8 % artıb

2025-ci ildə Azərbaycanda data xidmətlərinin göstərilməsindən 65 milyon 415 min manat gəlir əldə edilib.

Bu göstərici 2024-cü illə müqayisədə 20,8 % artıb.

Hesabat dövründə internet xidmətlərinin göstərilməsindən əldə olunan gəlir 636 milyon 372 min manat təşkil edib. Bu, əvvəlki illə müqayisədə 35 % çoxdur.

Bundan əlavə, məlumatların işlənməsi, veb səhifələrin hazırlanması və idarə olunması ilə bağlı fəaliyyətdən 186 milyon 915 min manat gəlir əldə olunub. Bu sahədə gəlirlər illik müqayisədə 10,3 % azalıb.

Radio və televiziya verilişlərinin translyasiyası, həmçinin proqramların tərtibindən 110 milyon 503 min manat gəlir əldə edilib ki, bu da illik 2,4 % artım deməkdir.

Peyk rabitəsi xidmətlərindən əldə olunan gəlir 69 milyon 105 min manat olub və illik müqayisədə 40,5 % artıb.

Kinofilmlərin, video və televiziya proqramlarının istehsalı ilə əlaqədar fəaliyyətdən 51 milyon 930 min manat gəlir əldə olunub. Bu göstərici əvvəlki illə müqayisədə 2,1 % artıb.

Nəşriyyat fəaliyyətindən əldə olunan gəlir isə 39 milyon 210 min manat təşkil edib. Bu sahədə illik artım 27,2 % olub.

Related posts

Azərbaycanda İKT sektorunda 1,5 milyard manatlıq məhsul istehsal edilib

Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq əməkhaqqı artıb

Azərbaycan CITIC Group ilə süni intellekt hesablama platforması layihəsini müzakirə edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı