2026-cı ilin ilk yarısında maliyyə sektoru nəzərə alınmadan Azərbaycanda depozit portfeli ilin əvvəli ilə müqayisədə 4,2 % artaraq 39,4 milyard manata yüksəlib.
BBN.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın “Pul Siyasəti İcmalı”nda bildirilib.
Məlumata görə, depozit portfeli illik müqayisədə isə 1 % azalıb.
Hesabat dövründə müddətli depozitlərin həcmi 8,5 % artaraq 17,4 milyard manata, cari depozitlərin həcmi isə 1,1 % yüksələrək 22,1 milyard manata çatıb.
İyunun sonuna hüquqi şəxslərin ümumi depozitləri 21,6 milyard manat təşkil edib. Bu göstərici illik müqayisədə 11,1 % azdır.
Hüquqi şəxslərin depozit strukturunda cari hesabların payı 72,2 %, müddətli depozitlərin payı isə 27,8 % olub.