Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda dövlət qurumlarını hədəfə alan bloklanmış zərərli elektron poçtların sayı 2 dəfə artıb - BBN

Azərbaycanda dövlət qurumlarını hədəfə alan bloklanmış zərərli elektron poçtların sayı 2 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumları üçün yaradılmış elektron poçt xidmətində 4 milyon 677 min 755 elektron məktubu emal edib.

BBN.az XRİTDX-in məlumatlarına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 9,7 % çoxdur.

Bu ilin ilk 3 ayında emal olunan məktubların 3 milyon 258 min 110-u istifadəçilərə çatdırılıb, 1 milyon 419 min 645-i isə zərərli tərkibli olduğu üçün bloklanıb.

Bloklanmış məktubların sayı 1 il əvvələ nisbətən isə 2 dəfə artıb.

Xatırladaq ki, 2025-ci ildə dövlət elektron poçt xidmətinə 17 milyon 695 min 349 məktub daxil olub, onlardan 12 milyon 549 min 565-i istifadəçilərə çatdırılıb, 5 milyon 145 min 784-ü zərərli tərkibli olduğu üçün blok edilib.

Related posts

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 9%-dək artıb

Azərbaycanda girov aktivlərinin növləri dəqiqləşdiriləcək

EBRD Gəncədə iki layihə üzrə kreditlərin istifadə müddətini uzadıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı