2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət qurumlarının adına bənzər 26 saxta domen aşkarlanaraq bloklanıb.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatına görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 dəfə azdır.
Təkcə III rübdə 7 saxta domen bloklanıb ki, bu da əvvəlki rübə nisbətən 2 dəfə, ötən ilin eyni dövrü ilə müqayisədə isə 7,6 dəfə azdır.
Qeyd edək ki, 2024-cü il ərzində dövlət qurumlarını hədəf alan ümumilikdə 100 saxta domen aşkarlanaraq bloklanmışdı.