Azərbaycanda dövlət xəttilə verilən ipoteka kreditlərinin sayı 51 mini ötüb

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 51 022 borcalana 3 milyard 170,738 milyon manat kredit verib.

Bu barədə İKZF-nin açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 481,066 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 5 272 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

Related posts

Əmək müqavilələrinin sayı artıb

Leyla Barxudarzadə: “Azərbaycanın investisiya cəlbediciliyinin yüksəldilməsi əsas hədəflərdəndir”

“Brent” neftinin qiyməti 82 dollara yaxınlaşır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı