Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Allianz” Azərbaycanın ölkə risk reytinqini sabit saxlayıb - BBN

“Allianz” Azərbaycanın ölkə risk reytinqini sabit saxlayıb

Beynəlxalq sığorta və risk qiymətləndirmə şirkəti Allianz Trade (əvvəlki Euler Hermes) Azərbaycanın ölkə risk reytinqini yenidən “C1” səviyyəsində sabit saxlayıb.

BBN.az xəbər verir ki, şirkət Azərbaycanı yenidən “aşağı risk” (low risk) kateqoriyasına daxil edib və yaşıl zonada göstərib. Bu, ölkənin makroiqtisadi sabitliyinin və qısamüddətli maliyyə risklərinin azlığını əks etdirir.

Qiymətləndirməyə əsasən, Azərbaycanın maliyyə sistemi, xarici ödəniş qabiliyyəti və büdcə sabitliyi qorunur, lakin iqtisadiyyatın strukturunda və institusional mühitdə bəzi zəifliklər qalmaqdadır.

Xatırladaq ki, “Allianz Trade” 2025-ci ilin ilk rübündə Azərbaycanın ölkə risk reytinqini C2-dən (orta risk) C1-ə (aşağı risk) yüksəldib.

Şirkət bunu ölkədə risk səviyyəsinin azalması və daha sabit iqtisadi-siyasi mühitin formalaşması ilə izah etmişdi.

 

APA

Related posts

ABŞ İranın kriptovalyuta birjasına sanksiya tətbiq edib

Avropa Bankı: Azərbaycan iqtisadiyyatı 2026-cı ildə 2% artacaq

Yaxın Şərqdə gərginlik və ABŞ-dan gələn güclü iqtisadi göstəricilər qızıl qiymətlərini aşağı salır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı