2026-cı il aprelin 1-i vəziyyətinə ölkə üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 1 milyon 472 min 498 fərdi sahibkar qeydiyyatdan keçib.
BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 68 min 492 nəfər və ya 4,8 faiz artıb.
Hesabat dövründə hər dörd fərdi sahibkardan üçü “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Nəqliyyat və anbar təsərrüfatı” və “Digər sahələrdə xidmətlərin göstərilməsi” sahələri üzrə qeydiyyatdan keçib.
Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (25,9%), Lənkəran-Astara (10,2%), Qazax-Tovuz (7,9%) və Mərkəzi Aran (7,2%) iqtisadi rayonlarında qeydiyyata alınıb.