Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda gələn il üçün inflyasiya proqnozu açıqlanıb - BBN

Azərbaycanda gələn il üçün inflyasiya proqnozu açıqlanıb

Azərbaycan hökuməti 2026-cı ildə ölkədə illik inflyasiyanın 4,8 % olacağını proqnozlaşdırır. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

BBN.az xəbər verir ki, proqnoz İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanıb və faktiki inflyasiya səviyyəsi, dünya bazarlarında əmtəə, o cümlədən ərzaq qiymətlərinin azalması, idxal qiymətlərinə təsir, məzənnənin sabit qalması və tənzimlənən tariflərdə dəyişikliklər kimi amillər nəzərə alınıb. Nazirlik həmçinin 2025-ci ildə illik inflyasiyanın 5,4 % təşkil edəcəyini gözləyir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar–avqust aylarında istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 %, avqustda isə illik müqayisədə 4,9 %, iyula nisbətən isə 0,4 % artıb.

Related posts

Yaxın Şərqdə gərginlik və ABŞ-dan gələn güclü iqtisadi göstəricilər qızıl qiymətlərini aşağı salır

Kripto investisiya 2026: İnvestorun bilməli olduğu 6 qızıl qayda

Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır?

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı