Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları artıb - BBN

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları artıb

Bu ilin yanvar-fevral aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 1 milyard 008,889 milyon manat təşkil edib. DGK-dan bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,9% çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 23,6% artaraq 241,928 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 21,6% artaraq 728,408 milyon manat, aksizlər üzrə daxilolmalar 66% artaraq 29,761 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 4,8% artaraq 8,793 milyon manat olub.

Related posts

Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək

“ASAN xidmət” təcrübəsinin Tacikistanla paylaşılmasına dair müzakirələr aparılıb

WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı