Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 5% azalıb

Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 1 milyard 469,9 milyon manatı və yaxud 15,9%-i gömrük orqanlarının xətti ilə daxilolmaların payına düşüb.

BBN.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,9% az, proqnozdan isə 7,5% çoxdur.

Yanvar-mart aylarında büdcə gəlirlərində qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 31,5%-ni gömrük orqanları təmin edib.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı