Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları kəskin artıb

2023-ci ilin yanvar-aprel aylarında gömrük xətti ilə büdcə daxilolmaları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24.7% artaraq 2 milyard 46,681 milyon manata çatıb.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, gömrük rüsumları üzrə daxilolmalar 496 milyon 589.2 min manat (ötən ilin eyni dövrünə nisbətən 21% çox), əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 1 milyard 470,864 milyon manat (25.2% çox), aksizlər üzrə daxilolmalar 62.297 milyon manat (56.2% çox), yol vergisi üzrə daxilolmalar isə 17.030 milyon manat (1.5 % çox) təşkil edib.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı