Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda həyat sığortası yığımları 16,2% artıb - BBN

Azərbaycanda həyat sığortası yığımları 16,2% artıb

2025-ci ildə Azərbaycanda həyat sığortası növləri üzrə 853,010 milyon manat sığorta haqqı toplanılıb.

BBN.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 16,2% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 33% artaraq 642,932 milyon manata çatıb.

Beləliklə, 12 ay ərzində həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 75,4 manatı müştərilərə geri ödənilib. Bir il əvvəl bu göstərici 65,8 manat olub.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti tərəfindən ümumilikdə 1 milyard 504,709 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2024-cü illə müqayisədə 11,2% artım deməkdir.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 920,395 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 22,3% artım deməkdir.

Ötən il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,2 manatı ödəniş edilib. 2024-cü ildə bu göstərici 55,6 manat olub.

Related posts

İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib

Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu makroiqtisadi vəziyyəti müzakirə edib

Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı