Azərbaycanda icbari sığorta bazarı 6 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 221,357 milyon manat sığorta haqqı toplanılıb.

BBN.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 80,595 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 9,8 % çoxdur.

Beləliklə, 7 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 36,4 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 35 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 937,658 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,5 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 529,307 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 20,25 % çoxdur.

Ötən 7 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 56,45 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 52,8 manat olub.

Related posts

Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli İzləmə Sistemi hazırlanacaq

Azərbaycan Bərabər əməkhaqqı üzrə Beynəlxalq Koalisiyaya üzv olub

Aqrar Sığorta Fondu Sığorta Forumunda iştirak edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı