Azərbaycanda ilk Sığorta Festivalının bağlanış mərasimi Gəncədə keçirildi

Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı ilə təşkil olunmuş ilk Sığorta Festivalının təntənəli bağlanış mərasimi Gəncə şəhərində baş tutub.

Tədbirdə Azərbaycan Mərkəzi Bankının, Azərbaycan Sığortaçılar Assosiasiyasının, İcbari Sığorta Bürosunun, habelə sığorta şirkətlərinin rəhbərləri, o cümlədən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da iştirak ediblər.

Tədbir çərçivəsində Gəncə sakinləri üçün müxtəlif hədiyyəli oyunlar, intellektual yarışlar və sürprizli şoular təşkil olunub. Həmçinin festival zamanı ölkədə həyata keçirilən “Sığorta maarifləndirməsi” layihəsinın tərkib hissəsi olaraq əhaliyə sığorta məhsulları ilə bağlı maarifləndirici məlumatlar verilib.

Festivalda sığorta şirkətlərinin nümayəndələri də iştirak ediblər və tədbir gedişatında iştirakçılara yerində sığortalanmaq imkanı yaradılıb.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı