Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda ilkin mərhələdə tətbiq olunacaq İslam bankçılığı məhsulları müəyyən edilib - BBN

Azərbaycanda ilkin mərhələdə tətbiq olunacaq İslam bankçılığı məhsulları müəyyən edilib

Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sektorunun dayanıqlı inkişafı departamentinin direktoru Rüstəm Tahirov Bakıda keçirilən “İslam Maliyyə Forumu 2025″də bildirib ki, ölkədə İslam bankçılığı alternativ maliyyələşmə mexanizmi kimi diqqət mərkəzindədir və AMB-nin strateji hədəflərinə daxildir.

O qeyd edib ki, əsas məqsəd İslam bankçılığının ölkədə tətbiqini müəyyən etmək, strategiyasını formalaşdırmaq və həyata keçirməkdir:

“AMB aidiyyəti dövlət qurumları ilə birgə artıq bu prosesə başlayıb, ayrı-ayrı ölkələrin təcrübəsini və İslam bankçılığı üzrə mövcud modelləri təhlil edərək ölkəmizə uyğun yanaşma müəyyən edib. Bu yanaşma İslam bankçılığı məhsullarının banklarda İslam pəncəsi modeli vasitəsi ilə tətbiqini nəzərdə tutur. Yol xəritəsi bir neçə sütundan ibarətdir və ilkin mərhələdə tətbiq ediləcək məhsullar müstəqil ekspertlər tərəfindən müəyyən edilib” – deyə o bildirib.

R. Tahirov əlavə edib ki, İslam bankçılığı məhsullarının tətbiqi üçün qanunvericilik çərçivəsinə ehtiyac var:

“Bununla bağlı Mülki Məcəllə, Vergi Məcəlləsi, ‘Banklar haqqında’ qanun və digər qanunvericilik aktlarına dəyişiklik layihələri hazırlanıb. Bu layihələr maliyyə sektoruna təqdim olunur, rəylər toplanır və müzakirə edilir. Əsas məqsədimiz hazırlıq prosesini mümkün qədər tez yekunlaşdırmaq və qanunvericilik paketini hökumətə təqdim etməkdir” – deyə AMB rəsmisi bildirib.

Mənbə: Report.az

Related posts

Fitch: İslam maliyyəsinin Azərbaycan banklarının fondlaşdırma modelinə təsiri yaxın dövrdə məhdud olacaq

Bu il ipoteka krediti üçün 2 165 nəfərin müraciəti qeydiyyata alınıb

Sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard manatı ötüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı