Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda inflyasiya ilk beş ayda 5,6 faiz artıb - BBN

Azərbaycanda inflyasiya ilk beş ayda 5,6 faiz artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artıb.

Bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı “2026-cı ilin yanvar-may ayları üzrə ölkənin sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri” hesabatında bildirilib.

Məlumata görə, hesabat dövründə Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 51,784 milyard manat təşkil edib. Bu müddətdə neft-qaz sektorunda əlavə dəyər 1 faiz azalaraq 16,125 milyard manata düşüb, qeyri-neft-qaz sektorunda isə 0,4 faiz artaraq 35,658 milyard manata çatıb.

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda inflyasiyanın növbəti illərdə tədricən azalacağını proqnozlaşdırır. Fondun hesablamalarına əsasən, istehlak qiymətləri indeksinin 2026-cı ildə 6 faizə yüksələcəyi, 2027-ci ildə isə 4,2 faizə enəcəyi gözlənilir. 2028-2031-ci illərdə isə inflyasiyanın illik 4 faiz səviyyəsində sabitləşəcəyi proqnozlaşdırılır.

Müqayisə üçün qeyd edək ki, Azərbaycanda inflyasiya 2023-cü ildə 2,1 faiz, 2024-cü ildə 4,9 faiz, 2025-ci ildə isə 5,2 faiz təşkil edib.

Eyni zamanda, Niderlandın ING Group bank qrupunun may ayında açıqladığı proqnozlara görə, Azərbaycanda inflyasiya 2026-cı ildə 5,4 faiz, 2027-ci ildə isə 5,2 faiz olacaq.

Analitiklərin qiymətləndirməsinə əsasən, inflyasiya 2026-cı ilin birinci rübündə 5,7 faiz, ikinci rübündə 5,5 faiz, üçüncü və dördüncü rüblərində isə 5,2 faiz səviyyəsində formalaşacaq. 2027-ci ildə isə inflyasiyanın birinci rübdə 5 faiz, ikinci və üçüncü rüblərdə 5,3 faiz, dördüncü rübdə isə 5,4 faiz olacağı gözlənilir.

Qeyd edək ki, ING Group-un əvvəlki proqnozlarında Azərbaycanda inflyasiyanın 2026-cı ildə 5,2 faiz, 2027-ci ildə isə 5,1 faiz olacağı bildirilirdi. Beləliklə, yeni qiymətləndirmədə inflyasiya gözləntiləri müvafiq olaraq 0,2 və 0,1 faiz bəndi artırılıb.

Related posts

FinCERT beynəlxalq FIRST təşkilatına üzv qəbul edilib

Sosial şəbəkələrdə yaş yoxlanışı bank kartı və elektron poçt vasitəsilə həyata keçiriləcək

Expressbank “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026”-nın rəsmi tərəfdaşıdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı