Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda inflyasiya üzrə müxtəlif qurumların proqnozları – 2026 və 2027-ci illər üçün gözləntilər - BBN

Azərbaycanda inflyasiya üzrə müxtəlif qurumların proqnozları – 2026 və 2027-ci illər üçün gözləntilər

Niderlandın ən böyük bank qrupu olan ING Group Azərbaycanda 2026-cı ildə orta illik inflyasiyanın 5,3%, 2027-ci ildə isə 8,9% səviyyəsində olacağını proqnozlaşdırır. Bankın əvvəlki proqnozu ilə müqayisədə 2026-cı il üçün gözləntilər 0,4 faiz bəndi azalıb, 2027-ci il üçün isə dəyişməz qalıb.

ING-nin məlumatına əsasən, 2025-ci ildə ölkədə inflyasiya 5,6% təşkil edib. Bank analitikləri 2026-cı ilin müxtəlif rüblərində inflyasiyanın orta illik səviyyəsini aşağıdakı kimi proqnozlaşdırırlar: I rüb – 5,2%, II rüb – 5,4%, III rüb – 5,3%, IV rüb – 5,5%.

Digər qurumların proqnozları isə belədir:

  • İqtisadiyyat Nazirliyi: 2025-ci ildə inflyasiya 5,4%, 2026-cı ildə 4,8%, 2027-ci ildə 4,5% olacaq.

  • Azərbaycan Mərkəzi Bankı (2025-ci ilin oktyabr proqnozu): 2025-ci ildə illik inflyasiya 6%, 2026-cı ildə 5,7%.

  • BMT: 2024-cü ildə inflyasiya 3,6%, 2025-ci ildə 3,1%.

  • Dünya Bankı: 2025-2026-cı illərdə orta illik inflyasiyanın 2,3% olacağını gözləyir.

  • Asiya İnkişaf Bankı: 2025-ci ildə 4,2%, 2026-cı ildə 3,5%.

  • “Moody’s” beynəlxalq reytinq agentliyi: 2024-cü və 2025-ci illərdə müvafiq olaraq 4% və 3%.

  • “Fitch Ratings”: 2025-ci ildə 5,3%, 2026-cı ildə 4,6%.

  • “Fitch Solutions”: 2025-ci ildə 5,7%, 2026-cı ildə 5,5%, 2027-ci ildə 4,8%.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 2,2%, 2025-ci ilin yanvar-noyabr aylarında isə 5,7% olub.

Related posts

Şuşada Azərbaycan–Latviya Hökumətlərarası Komissiyasının 9-cu iclası keçiriləcək

Azərbaycan Mərkəzi Bankı üç şirkəti cərimələyib

Avropa Birjalarında “Tramp Nikbinliyi”: Sülh Mesajları İndeksləri Yaşıla Boyadı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı