Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Şuşada Azərbaycan–Latviya Hökumətlərarası Komissiyasının 9-cu iclası keçiriləcək - BBN

Şuşada Azərbaycan–Latviya Hökumətlərarası Komissiyasının 9-cu iclası keçiriləcək

Bu gün Şuşa şəhərində Azərbaycanla Latviya arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclası baş tutacaq.

BBN.az xəbər verir ki, bu barədə Report İnformasiya Agentliyi məlumat yayıb.

İclasda Azərbaycan tərəfdən Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyi, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Turizm Agentliyi, Dövlət Gömrük Komitəsi və Azərbaycan Mərkəzi Bankının nümayəndələrinin iştirakı nəzərdə tutulur. Latviya tərəfdən isə müvafiq dövlət qurumlarının rəhbər şəxsləri qatılacaq.

Görüş çərçivəsində iki ölkə arasında əməkdaşlığın əsas istiqamətləri, o cümlədən enerji, nəqliyyat, kənd təsərrüfatı, texnologiya transferi, ticarət dövriyyəsinin artırılması və qarşılıqlı investisiyaların təşviqi məsələləri müzakirə olunacaq. İclasın yekunlarına dair protokolun imzalanması planlaşdırılır.

Komissiyanın həmsədrləri Azərbaycan və Latviyanın kənd təsərrüfatı nazirləri – Məcnun MəmmədovArmands Krauzedir.

Qeyd edək ki, Azərbaycan–Latviya Hökumətlərarası Komissiyasının 8-ci iclası 2022-ci ilin may ayında Riqada keçirilib. 9-cu iclasın ötən il mayın 12-də keçirilməsi planlaşdırılsa da, əvvəlcə payız aylarına, daha sonra isə qeyri-müəyyən müddətə təxirə salınmışdı.

Related posts

Kapital Bank 116 filial, 51 şöbə və 1274 ATM ilə ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankıdır

AMB valyuta bazarında alış əməliyyatlarını artırdı: Ehtiyatlar ilin əvvəlindən 1,64 milyard dollar yüksəldi

AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı