Bu ilin yanvar-iyun aylarında Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq nominal əməkhaqqı 2 147 manat təşkil edib.
Hesabat dövründə sektorda orta aylıq nominal əməkhaqqı dövlət sektorunda 1 908 manat, özəl sektorda isə 2 292 manat olub.
2025-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə sektorunda orta aylıq nominal əməkhaqqı 12,7 % artıb. Dövlət sektorunda əməkhaqqı 20,5 %, özəl sektorda isə 7,4 % yüksəlib.
2026-cı il iyulun 1-nə informasiya və rabitə sektorunda muzdla çalışan işçilərin sayı 34,2 min nəfər təşkil edib.
Bu göstərici ötən ilin eyni tarixi ilə müqayisədə 0,3 % azdır.