Azərbaycanda insurtech-lərin inkişafı məqsədilə əməkdaşlıq quruldu

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə Azərbaycan Fintex Assosiasiyası (AzFina) arasında görüş keçirilib.

ASA-nın İcraçı direktoru Elmar Mirsalayev qonaqlara Assosiasiya haqqında geniş məlumat verib, sığorta sektorunda həyata keçirilən islahatlardan danışıb.

AzFina-nın İdarə Heyətinin sədri Ruslan Rəhimov da öz növbəsində maliyyə texnologiyalarının müasir zamanda əhəmiyyətinə toxunaraq bu seqmentdə həyata keçirilən yeniliklər haqqında məlumat verib.

Görüşün sonunda ölkəmizdə növbəti mərhələdə insurtech-lərin inkişafının formalaşdırılıb təkmilləşdirilməsi məqsədilə tərəflər arasında qarşılıqlı əməkdaşlığa dair saziş imzalanıb.

Related posts

Növbəti valyuta hərracı keçirilib

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

“Level Leasing” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı