Bu ilin iyun ayının yekununda Azərbaycanda kirayə qiymətləri ötən ilin eyni ayının sonu ilə müqayisədə 7,4 %, may ayının sonuna nisbətən isə 0,3 % artıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) rüblük “Pul Siyasəti İcmalı”nda bildirilib.
Sənədə əsasən, iyun ayında ilkin mənzil bazarında qiymətlər orta hesabla 12,4 %, təkrar mənzil bazarında isə 8,6 % artıb.
Ümumilikdə, mənzil bazarında qiymət artımı 8,6 % təşkil edib.