Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda kriptovalyuta və virtual aktivlərin tənzimlənməsi üzrə sənəd hazırlanır - BBN

Azərbaycanda kriptovalyuta və virtual aktivlərin tənzimlənməsi üzrə sənəd hazırlanır

Azərbaycanda kriptovalyuta və bütün növ virtual aktivlərin tənzimlənməsini təmin etmək məqsədilə tədris və məlumatlandırma xarakterli sənəd üzərində iş aparılır.

Bu barədə  Azərbaycan Fintex Assosiasiyası (AzFina) İctimai Birliyinin İdarə Heyətinin sədri Edqar Abdullayev məlumat verib.

Onun sözlərinə görə, kriptovalyuta sahəsində gəlir mənbələrinin şəffaflığı ilə bağlı ciddi suallar mövcuddur ki, bu da maliyyə inklüzivliyi və maliyyə sabitliyi baxımından yeni risklər yaradır:
“Bu prosesdə ən vacib məsələ insanların tənzimləyici quruma – Azərbaycan Mərkəzi Bankına (AMB) və müvafiq xidmətləri göstərən subyektlərə olan etimadıdır.”

E.Abdullayev əlavə edib ki, stabilkoinlər və digər virtual aktivlərlə bağlı ilkin tənzimləyici yanaşma artıq formalaşıb:
“Hazırda stabilkoinlər və digər virtual aktivlər üzrə fundamental tənzimləyici sənədin hazırlanmasına dair ilkin plan mövcuddur. Gələcəkdə bu proses mərhələli şəkildə idarə olunacaq və ümid edirik ki, perspektivdə Mərkəzi Bank tərəfindən tənzimlənən stabilkoin də təqdim ediləcək.”

Beləliklə, Azərbaycanda virtual aktivlər sektorunun inkişafı və tənzimlənməsi istiqamətində addımlar atılır, bu da maliyyə sisteminin dayanıqlılığı və şəffaflığının artırılmasına xidmət edəcək.

Related posts

Azərbaycan və Özbəkistan fintech əməkdaşlığını genişləndirir – yeni maliyyə imkanları gündəmdə

Rayon sakinlərinə kreditlər çox veriləcək – Bank filiallarının sayı artırılır

Kanada banklarından güclü nəticələr: RBC, TD və CIBC proqnozları üstələdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı