Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda lizinq haqqında yeni qanun qəbul olunacaq - BBN

Azərbaycanda lizinq haqqında yeni qanun qəbul olunacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə lizinq bazarının inkişafı üçün yeni qanun layihəsi hazırlayıb.

BBN.az xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Məlumata görə, Azərbaycanda lizinq bazarının inkişafı və maliyyələşmə imkanlarının artırılması istiqamətində institusional tədbirlər görülür. AMB-nin İdarə Heyətinin təsdiq etdiyi “2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində bank sektorunda əlverişli və məsuliyyətli maliyyə xidmətlərinin genişləndirilməsi yolu ilə dayanıqlı inkişafın təmin edilməsi əsas hədəf kimi müəyyən edilib.

Bu istiqamətdə bank sektorunun bazar imkanlarının artırılması, bank olmayan kredit təşkilatlarının inkişaf etdirilməsi və onların iqtisadiyyatın maliyyələşdirilməsində rolunun yüksəldilməsi planlaşdırılır. Eyni zamanda, maliyyə sektorunda nəzarət və tənzimləmə mexanizmlərinin müasirləşdirilməsi nəzərdə tutulur.

AMB qeyd edib ki, bazarın genişləndirilməsi üzrə strateji təşəbbüslər sırasında lizinq (maliyyə icarəsi) əməliyyatları üçün maliyyələşdirmə imkanlarının artırılması xüsusi yer tutur. Bu məqsədlə lizinq fəaliyyətinin hüquqi və tənzimləyici çərçivəsinin formalaşdırılması üçün “Lizinq (maliyyə icarəsi) haqqında” qanun layihəsi hazırlanıb və sənəd hazırda müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.

Lizinq məhsulları kredit aləti kimi Mülki Məcəllənin və AMB-nin normativ aktlarında müəyyən edilmiş tələblərə cavab verməlidir. Həyata keçiriləcək islahatlar və yeni hüquqi baza lizinq bazarının canlanmasına, maliyyə əlçatanlığının genişlənməsinə və real sektorun investisiya imkanlarının artmasına şərait yaradacaq.

Related posts

İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib

Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu makroiqtisadi vəziyyəti müzakirə edib

Azərbaycan Respublikasının Mərkəzi Bankı: Pul-kredit siyasəti inflyasiyanın hədəf diapazonunda saxlanılmasına yönəlib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı