Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda mikrokreditlərin həcmi 3,56 milyard manata çatıb - BBN

Azərbaycanda mikrokreditlərin həcmi 3,56 milyard manata çatıb

Azərbaycanda mikrokreditlərin həcmi 2026-cı ilin yanvar ayının əvvəlinə 3 milyard 560 milyon manat təşkil edib.

BBN.az Banker.az-a istinadən xəbər verir ki, ilin əvvəli ilə müqayisədə mikrokredit portfelində artım qeydə alınıb. Belə ki, 2025-ci ilin yanvarında mikrokreditlərin həcmi 3 milyard 107 milyon manat olub. Bir il ərzində göstərici 453 milyon manat və ya təxminən 14,6 % artıb.

Məlumata görə, 2025-ci il ərzində mikrokreditlərin həcmi ümumilikdə artan dinamika üzrə dəyişib.

Qeyd edək ki, 1 yanvar 2026-cı il tarixinə biznes kreditlərinin ümumi həcmi 16 milyard 106,3 milyon manat olub. Bununla da son bir ildə mikrokreditlərin ümumi kredit portfelində payı 21 %-dən 22 %-ə yüksəlib.

Related posts

İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib

Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu makroiqtisadi vəziyyəti müzakirə edib

Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı