Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda “Mikromaliyyə Sənayesinin İnkişafına dair Ağ Sənəd” hazırlanır - BBN

Azərbaycanda “Mikromaliyyə Sənayesinin İnkişafına dair Ağ Sənəd” hazırlanır

Azərbaycanda mikromaliyyə sənayesinin inkişafı üzrə “Ağ Sənəd”in hazırlanmasına başlanılıb.

BBN.az xəbər verir ki, Azərbaycanda mikromaliyyə sənayesinin dayanıqlı və inklüziv inkişafını dəstəkləmək məqsədilə 2025-ci il üçün “Mikromaliyyə Sənayesinin İnkişafına dair Ağ Sənəd”in hazırlanmasına start verilib.

Bu barədə məlumatı Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) İctimai Birliyinin mikromaliyyənin idarə olunması və inkişafı üzrə beynəlxalq eksperti Nazim Əliyev verib. O, sənədin mövcud vəziyyəti, əsas çağırışları və gələcək inkişaf istiqamətlərini əhatə edəcəyini bildirib. Onun sözlərinə görə, bu sənəd mikromaliyyə sektorunun daha effektiv və inklüziv inkişafına töhfə verəcək.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə birgə keçirilən onlayn görüşdə bir sıra digər məsələlər də müzakirə olunub. “Azexport” portalının rəhbəri Ayxan Qədəşov qeyd edib ki, rəqəmsal texnologiyaların geniş tətbiqi mikromaliyyə sahəsində yeni yanaşmalar tələb edir. Xüsusilə “Amazon”, “eBay”, “Etsy” kimi beynəlxalq platformalarda satışa başlamaq istəyən gənclərin ilkin kapital ehtiyacının ödənilməsində mikromaliyyə institutlarının rolu böyük ola bilər. O, mikromaliyyə təşkilatlarının innovativ məhsullar və güzəştli kredit mexanizmləri ilə startapları dəstəkləməsinin vacibliyini vurğulayıb.

İİTKM-nın Dövlət proqramları şöbəsinin müdiri Lətif Zeynallı isə regionlardakı kiçik sahibkarların, xüsusilə qadın və gənclərin mikromaliyyə resurslarına çıxış imkanlarının artırılmasının önəmini qeyd edib. O, bu istiqamətdə dövlət proqramları ilə mikromaliyyə institutları arasında koordinasiyanın təkmilləşdirilməsinin vacib olduğunu bildirib.

Görüş mikromaliyyə sektorunun rəqəmsal transformasiyası və startapların dəstəklənməsi üçün yeni alətlərin müzakirəsi ilə davam edib.

Related posts

AMB-nin departament rəhbəri: Bank sektorunda dayanıqlılığın artırılması prioritetdir – MÜSAHİBƏ

Azərbaycan Mərkəzi Bankı: Kredit reytinq agentlikləri kapital bazarlarının inkişafına təkan verəcək

Bakı Fond Birjasında “Yerli Kapital Bazarlarında Yeniliklər və Gələcək Əməkdaşlıq İmkanları” mövzusunda tədbir keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı