Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda mobil bankçılıq vasitəsi ilə köçürmәlәr 2 dəfə artıb - BBN

Azərbaycanda mobil bankçılıq vasitəsi ilə köçürmәlәr 2 dəfə artıb

2023-cü ildə Azərbaycanda bank müştәrilәrinin cari hesablarından kağız daşıyıcılar və rəqəmsal bankçılıq vasitəsilə aparılan köçürmәlәrin ümumi sayı 363,6 milyon әdәd, dəyəri isə 379,3 milyard manat tәşkil edib. Bu, 2022-ci illə müqayisədə müvafiq olaraq 94% və 19,1% çoxdur.

BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.

Hesabat dövründə aparılan köçürmәlәrin say üzrә 85,9%-i və yaxud 312,2 milyon әdәdi, dəyər üzrә isә 79,6%-i və yaxud 301,8 milyard manatı mәhz rәqәmsal bankçılıq vasitәsilә reallaşdırılıb ki, bunlar da 1 il əvvələ nisbətən müvafiq olaraq 2,3 dəfə və 23,7% çoxdur.

Ötən il internet bankçılıq xidmәtlәri vasitәsilә aparılan müştәri köçürmәlәrinin dəyəri isə əvvəlki illə müqayisədə 12% artaraq 227,7 milyard manat, mobil bankçılıq xidmәtlәri vasitәsilә aparılan müştәri köçürmәlәrinin dəyəri isə 2 dəfə artaraq 46,2 milyard manat olub.

Related posts

Azərbaycan bankları BƏƏ-nin “Jisr” multi-CBDC platforması ilə bağlı müzakirələr aparıb

Hökumət Azərbaycanda ərzaq idxalının artmasının səbəblərini açıqlayıb

Səyahət planlarını Yelo App-ə həvalə et!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı