Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda notariat hərəkətləri sirrinin saxlanılması qaydaları dəyişib - BBN

Azərbaycanda notariat hərəkətləri sirrinin saxlanılması qaydaları dəyişib

businessman put a stamp on business contract in office

İlham Əliyev Milli Məclisin dekabrın 30-da qəbul etdiyi “Notariat haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Yeniliyə əsasən, kommersiya hüquqi şəxsləri üzrə nizamnamə kapitalındakı payın özgəninkiləşdirilməsi, vərəsəlik qaydasında digər şəxsə keçməsi, payın yüklü edilməsi, həmçinin təsisçisi və qanuni təmsilçisi eyni şəxs olan hüquqi şəxsin təsisçisi vəfat etdikdə mirasın qorunması çərçivəsində əmlak idarəçisinin təyin olunması ilə bağlı məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma ötürüləcək.

Bununla yanaşı, təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliklərinin qeydiyyatı qaydalarına da düzəliş edilib. Belə ki, qeyd olunan məlumatlar müvafiq qurum tərəfindən birbaşa EHİS vasitəsilə onlayn rejimdə əldə edilərək qeydiyyata alınacaq.

Sənədə əsasən, kommersiya hüquqi şəxsləri, eləcə də xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və ya filialları təqvim ili başa çatdıqdan sonra növbəti ayın 31-dək təsis sənədlərində və qeydə alınmış faktlarda dəyişiklik olub-olmaması barədə hesabatı kağız və ya elektron formada təqdim etməlidirlər.

Related posts

EBRD 2025-ci ildə Azərbaycanda 10 layihəyə 81 milyon avro ayırıb

Dövlət müəssisələri xalis mənfəətin azı 30 %-ni büdcəyə dividend kimi ödəyəcək

Azərbaycan WB və IMF-in 2029-cu il İllik Toplantılarına ev sahibliyi üçün növbəti mərhələyə keçib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı