Azərbaycanda orta aylıq əməkhaqqı artıb

2024-cü il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1768,3 min nəfər olmuş, onlardan 880,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 888,0 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

BBN.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 8 % artaraq 993 manat təşkil edib.

Muzdla işləyənlərin 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,2 faizi təhsil, 12,8 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,9 faizi tikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 14,8 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Related posts

COP29 rekord göstəricilərlə Azərbaycanın iqtisadi inkişafına təkan verib-FOTO

Milli Məclis Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında qanunu qəbul edib

Azərbaycan ötən ay mobil internetin sürətinə görə 2 pillə geriləyib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı