Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda orta illik inflyasiya 5,7%-ə yüksəlib - BBN

Azərbaycanda orta illik inflyasiya 5,7%-ə yüksəlib

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7% artıb.

BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə qida məhsulları, içkilər və tütün məmulatları üzrə qiymətlər 6,7%, qeyri-qida məhsulları üzrə 3,8%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 5,7% bahalaşıb.

Təkcə iyun ayında illik inflyasiya 5,8% təşkil edib. Bu dövrdə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatlarının qiymətləri 7,1%, qeyri-qida məhsullarının qiymətləri 3,8%, ödənişli xidmətlərin qiymətləri isə 5,6% artıb.

Aylıq müqayisədə isə iyunda istehlak qiymətləri 0,3% yüksəlib. Bununla yanaşı, qida məhsulları, içkilər və tütün məmulatları üzrə qiymətlər əvvəlki ayla müqayisədə 0,7% azalıb.

Ötən ay ərzində qarabaşaq yarması, toyuq əti, yoqurt, qatıq, süfrə marqarini, bitki yağları, limon, alma, ərik, ağ kələm, soğan və mineral suların qiymətlərində artım qeydə alınıb. Eyni zamanda, təzə balıq, yumurta, banan, alça, çiyələk, xiyar, pomidor, şirin bibər, badımcan, göy lobya, sarımsaq və kartof ucuzlaşıb.

Qeyri-qida malları üzrə qiymətlər əvvəlki aya nisbətən 0,1% artıb. Bu qrupda əsasən boya, mebel, avtomobillər üçün mühərrik yağı və mobil telefonlar bahalaşıb, məişət avadanlıqları və zərgərlik məmulatlarının qiymətlərində isə azalma müşahidə olunub.

İyunda ödənişli xidmətlərin qiymətləri də may ayı ilə müqayisədə 0,1% artıb. Bahalaşma əsasən beynəlxalq hava nəqliyyatı ilə sərnişindaşıma xidmətləri və ölkədaxili istirahət turlarında qeydə alınıb.

Related posts

Azərbaycanda pensiya xərcləri 10% artaraq 3,9 milyard manata çatıb

Azərbaycanda orta illik inflyasiya 5,7% təşkil edib

Xalq Bank II rübün yekunlarını açıqladı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı