Bu ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu dövlət büdcəsi hesabına 892 min şəxsə ümumilikdə 175 milyon manat müavinət və Prezident təqaüdü ödəyib.
Vəsaitin 107 milyon manatı 485 min nəfərə müavinət, 68 milyon manatı isə 407 min nəfərə Prezident təqaüdü kimi ödənilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə müavinətlər üzrə ödənişlər 16 %, Prezident təqaüdləri üzrə ödənişlər isə 18 % artıb.
Yanvar ayında əlavə olaraq 16 min sosial ödəniş təyinatı aparılıb. Sosial ödənişlərin elektron təyinatına başlanıldığı 2019-cu ildən indiyədək isə ümumilikdə 895 min müavinət və təqaüd e-sistem üzərindən proaktiv qaydada təyin edilib.